
Bu bölüm elektromobillərin idarəolunması, şarj infrastrukturu, BYD Blade batareyasının üstünlükləri və model seçimi mövzularını əhatə edir.
Verilişdə Hansı Mövzulara Toxunulub? Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir? Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı? Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir? Servis və Ehtiyat Hissələri: Elektromobil alarkən zəmanət və rəsmi servisin önəmi nədir? Reduktor yağı neçə mindən bir dəyişdirilməlidir? Model Seçimi: Bakı küçələrinə və iqliminə uyğun elektromobil seçərkən nələrə diqqət etməliyik? (İsidilmə və soyudulma pompasının əhəmiyyəti). Aparıcı: Ceyhun Həsənli Qonaq: BYD Motors Baku-nun satış və marketinq rəhbəri Toğrul Məlikli
Explore listener stats, chart rankings, contacts and more on the Avto FM 107.7 podcast page.